Azərbaycan BMT Komissiyasının davamlı inkişaf naminə genişzolaqlı rabitə üzrə reytinqində fərdi istifadəçilər arasında internetə daxil olma səviyyəsinə görə regionun lideridir.
sabahinfo.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə "Genişzolaqlı rabitənin vəziyyəti 2015” hesabatında deyilir.
Aparılmış araşdırmalara əsasən 2015-ci ildə Azərbaycan 2014-cü illə müqayisədə 27 pillə yüksələrək 191 ölkə arasında 77 faizlik nəticə ilə 36-cı yeri tutub.
Türkiyə, Ermənistan, Gürcüstan və İran müvafiq olaraq 82, 72, 99 və 103-cü yerlərdə qərarlaşıblar. Rusuiya 43-cü, ABŞ isə 40-cıdır.
Fərdi istifadəçilər arasında (inkişaf etməkdə olan ölkələr üzrə) internetə daxil olması səviyyəsi üzrə Azərbaycan 13 pillə yüksələrək 77 faiz nəticilə 147 ölkə arasında 11-ci yeri tutub.
Mobil genişzolaqlı internetə daxil olma dərəcəsinə görə Azərbaycan 60,92 faiz göstərici ilə 60-cı yerdə möhkəmlənib.