Azərbaycan-İran-Rusiya arasında növbəti sammit Tehranda keçirilə bilər

"İranın xarici siyasətində prioritet qonşu ölkələrlə çoxtərəfli münasibətlərin inkişaf etdirilməsidir”. sabahinfo.az saytı xəbər verir ki, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putun və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə keçirilən üçtərəfli zirvə toplantısında İran Prezidenti bildirib.

 

"Ölkələrimiz tərəfindən atılan addımlar üç ölkənin regional əməkdaşlığa yönələn dialoqa zəmin yaradır. İran İslam Respublikasının ərazisinə nazirlər və dövlət başçıları səviyyəsində üçtərəfli görüşün keçirilməsini təklif edirəm" - deyə İran prezidenti vurğulayıb.

 

İran prezidenti Həsən Ruhani də bu formatda görüşlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb: "Ona görə İran qonşuları ilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi üçün bütün ideyaları alqışlayır".

İran Prezidenti Prezident İlham Əliyevə bu zirvə görüşünün təşkilli üçün minnətdarlığını bildirib.

Həsən Ruhani Azərbaycan-İran-Rusiya üçtərəfli formatda növbəti sammitinin Tehranda keçirilməsini təklif edib.