İyunun 12-də Parisdə Luvr muzeyinin Carussel de Louvre qalereyasında təsviri sənət beynəlxalq festivalının açılışı olacaq.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, festivalda bir çox ölkələrdən gələn məşhur rəssamlarla yanaşı, gənc istedadlar da əsərlərini nümayiş edəcəklər.
Ekspozisiyada Azərbaycanın məşhur rəssamı Əsmər Nərimanbəyovanın "Asmar Art" adlı pavilyonunda Esmira Güləhmədova, Cəmalə Rəhmanlı və Zərifə Əsədovanın əsərləri sərgilənəcək. Sərgi 3 gün davam edəcək.