Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib

İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da əvvəlcə İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb.

Görüşdən sonra birgə foto çəkdirilib.

Sabahinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olub.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak ediblər.

x x x

Bu gün Berndə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan pezidenti Serj Sarkisyanın görüşü keçirilir.

Sabahinfo.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" sosial şəbəkəsində yazıb.