Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 83,5 min nəfər və ya 0,9% artaraq oktyabr ayının 1-i vəziyyətinə 9 mln. 676 min 500 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bir kvadrat kilometrə əhalinin sıxlığı 112 nəfərdir. Əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%ni isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.
Bu ilin 9 ayı ərzində ölkədə 123,3 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə bu göstərici 17,3 təşkil edib. Doğulan körpələrin 53,2%-ni oğlan, 46,8%-ni qız uşaqları təşkil edir. Doğulan körpələrdən 2238-i əkiz, 66-sı isə üçəmdir.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 41 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.