Ötən il ərzində 19 telefonoqram vasitəsilə Respublika Sanitariya-Karantin Müfəttişliyinə (RSKM) 24 nəfər hərarətli şəxs barədə məlumat verilib.
sabahinfo.az xəbər verir ki, bu haqda RSKM-nin Epidemiologiya şöbəsinin müdiri Yadulla Balışov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Şöbə müdiri əlavə edib :
"Gömrük-sərhəd məntəqələrində yoluxucu xəstəliyə şübhəli hal aşkar edilərsə, müayinənin aparılıb diaqnozun təsdiqlənməsi üçün ərazi tibbi müəssisədən mütəxəssis çağırılır. Eyni zamanda, "donuz qripi” xəstəliyinə görə epidemioloji vəziyyət gərgin olan dövlətlərdən gələn şəxslər arasında aşkar edilmiş şübhəli və temperaturu olan şəxslər barədə məlumatlar həmin şəxslərin tibbi müşahidəyə alınmaları məqsədilə gömrük-sərhəd keçid məntəqələrindəki gömrük xidməti əməkdaşları tərəfindən Respublika Gigiyena və Epidemiologiya mərkəzinə ötürülür”.