"Save the Children" beynəlxalq təşkilatı ölkələr 
üzrə analıq indeksini açıqlayıb. Anspress-in məlumatına görə, təşkilat 
179 ölkə üzrə tədqiqat aparıb. Araşdırmaya əsasən, dünyada analıq 
indeksinə görə ən yaxşı ölkə Norveçdir. Gürcüstan təşkilatın hesabatında
 86-cı yerdə qərarlaşıb. Rusiya siyahıda 56-cı, Türkiyə 65-ci, Ukrayna 
isə 69-cu yerdədir. Azərbaycan analıq indeksinə görə 179 ölkə arasında 
90-cı yeri tutub. Ölkəmiz Ermənistanı 13 pillə qabaqlayıb. Reytinq 
ölkələrdə analıq üçün yardılan əlverişli şəraitə əsasən hesablanıb. 
Analıq indeksi üzrə ilk onluqda Norveçdən başqa, həmçinin Finlandiya, 
İslandiya, Danimarka, Almaniya, Niderland, İsveç, İspaniya, Belçika və 
Avstraliya qərarlaşıb. Araşdırmalara görə, ən aşağı göstəricilər Fil 
Dişi Sahili, Qambiya, Nigeriya, Mali, Konqo, Somali və Mərkəzi Afrika 
Respublikasındadır.