Azərbaycanlı rektor Rusiya Elmlər Akademiyasına seçildi

Rusiya Elmlər Akademiyası yeni xarici üzvlər qəbul edib.

 

sabahinfo.az xəbər verir ki, Akademiyanın bütün şöbə və institutlarının ümumi yığıncağında təsdiq olunmuş siyahıda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun da adı var.

 

O, Rusiya Elmlər Akademiyasının kimya şöbəsi üzrə bu ada layiq görülüb.

 

Siyahıda 12 ölkədən 40-a qədər alim, o cümlədən 7 Nobel mükafatı laureatının da adı var.