Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel Zeynalova türkiyəli yeni sevgilisi ilə birgə pizza evi açıb.
sabahinfo.az xəbər verir ki, müğənni və sevgilisi bu haqda Türkiyənin www.ucankus.com saytına müsahibə də verib.
Azəri Günel bacardığı qədər sevgilisini mediadan gizlətməyə çalışır. Buna baxmayaraq Oxu.Az ifaçının sevgilisi haqqında məlumat əldə edə bilib. Belə ki, həmin şəxsin adı Cem Ozan Torunlardır. 14 yaşından Hollandiyada yaşayıb. Ailəsi 35 ildir ki, qida biznesi (Hollandiyada "Zozo” adlı pizza restoranları var) ilə məşğuldur. Cem Ozan 14-15 yaşlarından bu işdə çalışır.
O, eyniadlı pizza evini İstanbuldan sonra Anadolu və Türkiyənin digər bölgələrində də açmağı planlaşdırır.
Azəri Günel sevgilisi ilə birgə şəkillərini sosial şəbəkədə paylaşmasa da, Ozan bu cür paylaşımlar edir. Yeni açılan restoranın İnstagram hesabında da cütlüyün açılış mərasimdən olan fotoları yer alır.