Bağdadda doğum evində güclü yanğın: - Çoxlu uşaq ölüb

29 qadın və 7 uşaq başqa xəstəxanaya təxliyyə edilib.

Səhər saatlarında Bağdaddakı doğum evlərindən birində güclü yanğın baş verib.

sabahinfo.az "Reuters”ə istinadən xəbər verir ki, yanğın nəticəsində azı 11 körpə ölüb.

İlkin ehtimala görə, yanğın elektrik naqilindəki nasazlıqdan baş verib.

29 qadın və 7 uşaq başqa xəstəxanaya təxliyyə edilib.