“Bakı 2015”in Əməliyyat Komitəsi yanğınla bağlı başsağlığı verdi

"Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi mayın 19-da Bakıda yaşayış binasında baş vermiş yanğınla bağlı başsağlığı verib.

Sabahinfo.az-ın məlumatına görə, Əməliyyat Komitəsi dəhşətli yanğın hadisəsi nəticəsində dünyasını dəyişənlərin, o cümlədən Birinci Avropa Oyunlarının könüllüsü Eyvazova Ülkər Hamir qızının, eləcə də anası Şirinova Zülfiyyə Yavər qızı və qardaşı Eyvazov Davud Hamir oğlunun faciəli şəkildə həlak olmalarından kədərləndiyini bildirir və mərhumların ailələrinə dərin hüznlə başsağlığı verir.