Dekabrın 31-də Yeni il bayramı ilə əlaqədar Dənizkənarı Milli Parkda ənənəvi konsert proqramı keçirilməyəcək.
Sabahinfo.Az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.
İdarə rəsmisinin sözlərinə görə, bu günə kimi parkda keçirilən konsert layihələrinə Bakı Şəhər İcra Hakimiyyəti cavabdehlik daşıyıb.
Nazim Məcidov dekabrın 31-də Dənizkənarı Milli Parkda bununla belə atəşfəşanlığın olacağını vurğulayıb:
"Artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti bizə müraciət edib. Atəşfəşanlıq üçün qurğular gətirilib və onların yerləşdiriləcəyi ərazilər müəyyənləşdirilib”.