Bakıda evakuator qaydaları belə pozur - Video

Bakının Nizami küçəsində Dövlət Yol Polisinə məxsus evakuator sürücüsü durma-dayanma qaydasını pozmuş 90 PC 761 nömrə nişanlı avtomobili ərazidən götürərkən kobud qayda pozuntusuna yol verib. Modern.az saytı "Xəzər xəbər"ə istinadən xəbər verir ki, yolda əks istiqamətdə hərəkət etməklə qarşıdan gələn avtomobillər üçün təhlükə törədib.  

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirib ki, qayda pozuntusuna yol vermiş evakuator sürücüsü haqqında tədbir görülür.

Şöbə rəisinin sözlərinə görə, avtomobilin dövlət nömrə nişanının yararsız vəziyyətdə olmasına görə də ölçü götürüləcək.