Bakıda gəlin toy günü yol qəzasında ölüb

Mərhum bəzənmək üçün gözəllik salonuna gedibmiş

Azərbaycan paytaxtında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsibaş verib.

Hadisə Bakının Zirə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Sail Bədirlinin idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.Nəticədəavtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü Vəsilə Qurbanovaaldığı xəsarətdən hadisə yerində ölüb. Sürücü və onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rufanə Bədirli isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişən V. Qurbanovanıntoyu olacaqmış. O, toya hazırlaşmaq məqsədi ilə gözəllik salonundan gedibmiş. Qəza da onlar salondan qayıdarkən baş verib.


Faktla bağlı Pirallahı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
apa