Sabah Bakıda və Abşeron yarımadasında əyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Abşeron yarımadasında havanın temperaturu gecə 16-18° isti, gündüz 24-29° isti, Bakıda gecə 16-18° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli olacaq.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30°isti, dağlarda gecə 6-11° isti, gündüz 18-23° isti olacağı gözlənilir.