Bakıda parkdan kişi meyiti tapıldı

Bakının Sabunçu rayonu ərazisində naməlum meyit aşkar edilib.

Bakıxanov qəsəbəsindəki parkdan tapılan cəsəd təqribən 40-45 yaşlı kişiyə məxsusdur.

O, Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Hazırda meyitin şəxsiyyəti müəyyənləşdirilir.

report.az