Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Sabunçu qəsəbəsində yaşayan 1968-ci il təvəllüdlü Abışov Hamlet Vaqif oğlu ülgüclə boğazını kəsərək intihar edib. Çoxlu qan itirən H.Abışov hadisə yerindəcə keçinib.
Bildirilir ki, 48 yaşlı H.Abışov xeyli müddət imiş ki, işsiz imiş. Qohumları onun əsəblərinin pozulduğunu deyiblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, son 3 gündə Sabunçuda artıq 3-cü intihar hadisəsi baş verib. İstirahət günlərində Ramana və Balaxanı qəsəbələrində iki gənc oğlan özünü asaraq intihar etmişdi.
Lent.az