Bu gün Bakıda yağmağa başlayan güclü yağış bir sıra çətinliklər yaradıb.
Yağış suları həm piyadaların, həm də nəqliyyatın hərəkətində problemlərə səbəb olub. Ən acınacaqlı vəziyyət isə nəqliyyatın hərəkət etdiyi magistral yollardadır. Yolboyu axan sel sürücülər üçün təhlükə törədib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
sabahinfo.Az Qafqazinfo-ya istinadən, yağışlı gündə Neftçilər prospekti və "Azneft” dairəsindən lentə alınan görüntüləri təqdim edir: