Başçıdan örnək addım

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Təzə Alvadı kəndində tarlalarda kartof və çiyələk yığan əməkçilərlə görüşüb.

İcra Hakmiyyətnin  rəsmi saytında verilən  xəbərə görə, əməkçilər kartof və çiyələk yığımı zamanı koronavirus infeksiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına tam riayət edirlər.

Rayon rəhbəri 28 May Respublika Günü münasibətilə zəhmətkeşləri təbrik edib, bol məhsul yığımında onlara uğurlar və firavan həyat arzulayıb.

Kənddə yerləşən bir çox tarlalara baş çəkən İcra Hakimiyyətinin başçısı məhsul yiğan  əməkçilərlə görüşərək və onlara koronavirus infeksiyası ilə mübarizədə diqqətli olmağı tövsiyə edib.

Təzə Alvadı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Məmmədov cari ildə 204 hektar sahədə kartof və 78 hektar sahədə çiyələk əkilib-becərilməsi barədə məlumat verib.

Görüşdə fermerlər Xəlil Şükürov, Cəsarət Əzizov, manqabaşçıları Gülqədəm Mustafayeva və Südabə Cavadova rayon rəhbərinin sahələrə gəlməsi, zəhmətkeşlərlə görşməsini yüksək qiymətləndirərək minnətdarlıqlarını bildiriblər  və eyni zamanda əkinçilərə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına onların təşəkkürlərini çatdırmalarını xahiş ediblər.

İcra başçısı Şahin Məmmədov fermerlərlə birlikdə kartof və çiyələk yığımı prosesində də iştirak edib.

Onu da qeyd edək ki, fermerlərə koronavirus infeksiyası ilə mübarizədə diqqətli olmağı tövsiyə edən başçının özü tibbi maska və əlcəkdən istifadə etməyib.