Çempionlar Liqasının qrup mərhələsində dünən "Atletiko" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Bədavi Hüseynovun durumu ciddidir.
Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Onun sözlərinə görə, müdafiəçi ən azı 3 həftə meydana çıxa bilməyəcək: "Bədavinin ayaq bağlarında problem var. Üç həftə meydana çıxa bilməyəcək. Bundan sonra təkrar müayinə olunacaq və onadəqiq diaqnoz qoyulacaq".
Beləliklə, millimizin də aparıcı üzvü olan Hüseynov Topaz Premyer Liqanın bir neçə oyununu və oktyabrın 31-də "Atletiko" ilə səfərmatçını buraxmalı olacaq.