“Belimizdən qırmızı” açılmamış “xəyanət”lə üzləşirik

XƏYANƏT…Bu söz nə qədər qorxulu və arzu olunmaz olsa da yer kürəsində 79 % insan onunla üzləşir. Bildiyimiz kimi xəyanət problemi cəmiyyətimizdə mövcudolan ən aktual problemlərdən biridir. Əksəriyyətimiz xəyanət dedikdə ər- arvad arasında olan (cinsi) xəyanəti nəzərdə tuturuq və bizim üçün ən ağır zərbə isə fiziki xəyanətdir deyə düşünürük. Pisixoloqların fikrincə xəyanətin 3 forması var: Fiziki, psixi və sosial xəyanət. Fiziki xəyanət adından göründüyü kimi cinsi xəyanətdi. Psixi xəyanət dedikdə isə yanında biri, düşüncədə başqa biri olur, Sosial xəyanət isə ailədə bəzən kişi öz xanımına hökümranlıq edərək onu cəmiyyətdən uzaqlaşdırır…

Bir sevginin xəyanətdən güclü düşməni ola bilməz. Hamı bilir ki, xəyanət olan yerdə sevgi bitmək təhlükəsi ilə üzləşir. Qadınlara nisbətən kişilər daha çox xəyanət edir. Deyirlər güya qadın kişinin tələblərinə cavab vermir, və ya kişi əsl sevgisini tapmadığını anlayır. Kimisi də deyir ki, əgər kişi xəyanət edirsə günah qadındadır və s. kimi fikirlər müxtəlifdir. Xəyanətin ilk simptomları qadına qarşı diqqətsizlik sayılır. Bir neçə qadının həyatının xronologiyasını ümumiləşdirib bu yazını yazmaq istəyirəm bir qərara gələk.

Səbəb nədir axı xəyanətə?

Statistikaya görə qadın ərinə toydan 5-7 il sonra xəyanət etməyə risk edir. Kişi isə evlənəndən cəmi 1 həftə sonra bu addımı atmağa hazırdır. Yəni belimizdən qırmızı açılmamış xəyanətlə üzləşirik.

Bəs xəyanət edən kişi necə bilinir?

Xəyanət edən kişi özünü bəzi hərəkətləri ilə "ələ verir". Əvvəlcə xanımı bunu hiss edir, öncə bəzi məsələlərin yolunda olmadığının fərqinə varır. Daha sonra həyat yoldaşının bir sözünün digəri ilə uyğun gəlmədiyini anlayır. Həmçinin, xanımına xəyanət edən kişi onun gözünün içinə günahkar uşaq kimi baxır. Xəyanət edən kişilər evdə mümkün qədər az zaman keçirir, ailəsinə, xanımına az maraq göstərir ki, bu da qadında bəzi şübhələr yaradır.

Bir nüans da var ki, xəyanət edən qadınlarda az deyil...

Bu gün xəyanəti bağışlayan kişilər də var, ailəsini qorumaq adı ilə rahatlıqla xəyanəti adi hal kimi qarşılayan, özlərini kimlərəsə göstərmək naminə "mükəmməl ailə "stasusları yazan qadınlar da. Biz də bunlara haqq qazandırmağa başlamışıq.

Bəs, ailələrdə nə baş verir? Niyə xəyanət bu qədər bizə yaxın olub?

Bu suala hərə bir cür cavab versədə əsl cavab başqadır... əslində hansı qadın ki, özünə güvənmir ömrünün axrına qədər xəyanətlə yaşayır. Çünki qorxur ki, boşansa maddi çətinliklə üzləşər. Hansı "KİŞİ” ki, tənbəldi evdə oturum arvad məni saxlayır da deyirsə o kişinində arvad yanında dili olmur və hər şeyi qəbul edir.

İstər kişi olsun istərdə qadın insan gərək öz mənliyini qorusun! Bu yerdə fir fikir düşdü yadıma...Sənə bir xəyanət edəni bağışlasan, o səndən yenə istifadə edəcək çünki xəyanət bir ruh halı deyil xarakterikin en eskik formasıdır. Gəlin sevgiyə, ailəyə, nigaha qeri-ciddi münasibətin bəslənilməsinə yol verməyək. Vəfalı olaq ki, vəfalı insanla üzləşək. Sevgidə vəfa və səmimiyət hər şeydən önəmlidi. Hər səhvi bağışlamaq olar. Amma yalan və xəyanəti əsla...

Tünzalə İsmayılova