Bioloji Təbabət Klinikasının uğur formulu

  Bioloji Təbabət Klinikasının uğur formulu Son illər müxtəlif xəstəliklərin müalicəsində bir çoxları təbabətə üz tutur. Bu isə öz növbəsində bioloji təbabətin inkişafına təkan verir. Bioloji təbabət terapevtik üsullardan orqanizmin özününizamlama, bərpaetmə, üyğunlaşma kimi təbii qabiliyyətləri ilə ahəngdar şəkildə hərəkət etmək üçün istifadə edilir. Bioloji dərmanlar bitki, heyvan və mineral mənşəlidir. Onların digər fərqli cəhəti bundadır ki, tərkibindəki dərman maddələri xeyli az miqdardadır, bu da onların əlavə effektini sıfıra endirir. Statistik məlumatlara görə, 32 faiz insan bioloji təbabəti daha məqsədyönlü hesab edir, 61 faiz onu adi təbabətdən üstün sayır, 7 faiz isə ondan istifadə etmir. Bioloji terapevtik yanaşmalar praktik olaraq təbabətin bütün sahələrində istifadə olunur - nevrologiyadan tutmuş, stomatologiya, ginekologiya, pediatriyayadək. Azərbaycanda bioloji mualicə metodlarına əsaslanaraq fəaliyyət göstərən "Bioloji təbabət" klinikası bu profildə xidmət göstərən yeganə klinikadır. 2009-cu ildə açılan klinika bitki, heyvan və mineral əsaslı preparatlardan yararlanmaqla müalicə aparılması sahəsində ixtisaslaşıb və kimyəvi dərmanlardan, о cumlədən də antibiotiklərdən istifadə tam istisna edilir. Bioloji preparatlar xüsusi texnologiya üzrə Almaniyanın əczaçılıq zavodlarında hazırlanır və nəinki kəskin, həm də xroniki xəstəliklərin müalicəsi üçün nəzərdə tutulub.


Klinikanın yaradıcısı Elxan Yaqubov ehtiyac olduğu üçün Bioloji Təbabət Klinikasının yaradıldığını deyir: "Planeta" apteklərində Almaniyanın Heel Firmasının preparatları satılır. Biz müşahidələr apardıq və gördük ki, bu preparatlara böyük ehtiyac var. Həm də xəstələrin sağalmasında bunların böyük effekti olurdu. Sonra biz Heel Firmasına müraciət edib onlarla müqavilə bağladıq ki, orada olan Bioloji Təbabət və Biotənzimləyici Təbabət Cəmiyyəti ilə yaxından tanış olaq, onların gördüyü işləri öyrənək. Onlar da bizə məsləhət gördülər ki, əgər siz də bioloji təbabəti Azərbaycanda yaysanız, bunun insanların sağlamlığına böyük xeyri dəyə bilər”. Bioloji Təbabət Klinikası bölgələrdə Elxan Yaqubov rəhbəri olduğu klinikadakı tibbi avadanlıqların əksəriyyətinin nə dövlət, nə də başqa özəl klinikalarda olmadığını deyir: "Həkimə xəstənin "daxilindəki” xəstəlikləri görmək üçün yüksək səviyyəli, müasir diaqnostik aparatlar, yüksək dəqiqliklə işləyən laboratoriya lazımdır ki, həkim bu aparatlar vasitəsi ilə xəstəyə düzgün diaqnoz qoya bilsin. Biz də bunları bildiyimizə görə klinikaya Avropa standartlarına cavab verən aparatlar gətirdik. Yüksək səviyyəli laboratoriya yaratdıq. Bizdə elə müayinə üsulları var ki, bir damla qanı qaranlıq sahəli mikraskopda analiz etməklə orqanizmdə olan bir çox xəstəliklər haqqında tam məlumat ala bilirik. Hansı ki, bu məlumatları Azərbaycanda heç bir başqa laboratoriyada analiz etmək olmur".


Qeyd edək ki, Bioloji Təbabət Klinikası yaranandan dünyanın məşhur həkimlərini ölkəyə gətirməklə Azərbaycanda pulsuz seminarlar, mühazirələr təşkil edilib, minlərlə azərbaycanlı həkimlərə bioloji təbabətlə xəstələri necə sağaltmağın yolları öyrədilib. Seminarlarda Azərbaycanın müxtəlif bölgələrindən olmaqla 7000-dən çox həkim iştirak edib. Amma 92 saatlıq bütöv kursu 4500-dən çox həkim keçib və sertifikat alıb. Artıq onlar bioloji təbabətlə müalicə etməyi bacarırlar. Bu həkimlərin bəziləri Bioloji Təbabət Klinikasının Sumqayıt, Göyçay bölgələrindəki filialında çalışır. Almaniyadan, İsveçrədən və digər xarici ölkələrdən dəvət olunan yüksək ixtisaslı həkimlər təkcə Bakıda yox, Azərbaycanın bütün rayonlarında, Gəncə, Mingəçevir, Sumqayıt və başqa şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında seminar keçirib. Bioloji təbabətə bölgələrdəki maraqdan irəli gələrək artıq klinikanın ayrı-ayrı regionlarda filialları açılıb və bu proses davam etməkdədir. Qazancımız uğurumuzdur Elxan Yaqubov dünyada müalicəsi çox çətin olan qırmızı qurd eşənəyi, psarioz, bel yırtığı, skalioz, dağınıq skleroz, poliartrit, artroz, osteoxandroz, əsəb xəstəlikləri və digərlərinin Bioloji Təbabət Klinikasında Almaniyada istehsal olunan bitki, heyvan və mineral əsaslı preparatlardan yararlanmaqla tam müalicə edildiyini deyir: "Bizim bu sahədə on ilə yaxın təcrübəmiz var və belə xəstələri çox müalicə etmişik. Ona görə də mən həmvətənlərimizə demək istəyirəm ki, belə xəstəlikləri müalicə etmək üçün xarici olkələrə getmək lazım deyil. Bizim Klinikaya müraciət edin və müsbət effektini də görün". Yarandığından bəri Bioloji Təbabət Klinikası və onun rəhbəri Elxan Yaqubov bir çox nüfuzlu mükafatlara layiq görülüb. Elxan Yaqubov 2010-cu ildə London Kingston Universitetində təşkil olunan "Səhiyyə müəssisəsinin idarə edilməsi" kursunu keçib, rəhbəri olduğu klinika isə Consulting & Business jurnalının keçirdiyi rəy sorğusuna əsasən "İlin şirkəti" adına layiq görülüb. Həmçinin "Avrasiya” Araşdırma Rəy Mərkəzinin sorğusuna əsasən, "Qızıl kürə" mükafatını, "Uğur" mükafatını qazanıb. 
 
 
 
Müəllif: N.Q.