Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın 2-də məlum olacaq.sabahinfo.az xarici mediaya istinadən bildirir ki, bunu partiya liderlərinin seçki prosesini nizamlayan 1922 parlament komitəsi bəyan edib.
Komitənin iclası zamanı qərara alınıb ki, partiyalarda liderlik nominasiyası üçün proses iyunun 29-da başlayıb bir gün sonra başa çatacaq.
"Yeni lider və yeni baş nazir sentyabrın 2-dək vəzifəsinin icrasına başlamalıdır. Namizədlərin nominasiyası həftənin üçüncü günü açılıb dördüncü günü başa çatacaq”, - komitədən xəbər verilib.
Qeyd edək ki, Avropa İttifaqından çıxmaqla bağlı kampaniyaya rəhbərlik edən və qalib gələn Boris Conson Böyük Britaniyanın baş naziri postuna daha çox real namizədlərdən biridir. Ona rəqib Krallığın Daxili İşlər Nazirliyini rəhbəri Tereza May ola bilər. Ancaq onların heç biri baş nazir postu uğrunda mübarizə aparmaq niyyətlərini rəsmən elan etməyiblər.