Camala ən yaxın azərbaycanlı rəfiqəsi haqqında: - O, Qarabağ qaçqınıdır

Sabahinfo.az-in məlumatına görə, kökü krım tatarı və erməni qarışığı olan ukraynalı müğənni ailəsi və dostları haqqında həvəslə danışır, amma siyasətdən çəkinir. 

Camalanın ən yaxın rəfiqəsi azərbaycanlıdır. Bu barədə xanım özü müsahibələrindən birində bildirib: "Mənim ən yaxşı rəfiqəm Səbinədir. Biz önunla 5 ildən çoxdur ki, tanışıq. Səbinə musiqi dünyasından deyil, amma buna baxmayaraq musiqidən yaxşı anlayır. Mən Melitopolda yaşayanda bizə evə uşaqla qadın gəldi, bu Səbinə idi. Onların getməyə başqa yeri yox idi. Onlar Qarabağ qaçqını idilər. Onun anası erməni idi, amma Səbinə azərbaycanlı idi. Halbuki ermənilər və azərbaycanlılar arasında münaqişə var idi. Mən bunu xatırlamıram, amma anam xatırlayır. Bir müddət sonra Səbinə anası ilə başqa evə çıxdı, amma biz ünsiyyət saxlamağa davam etdik. Hazırda Səbinənin əri mənim qrupumda oynayır, o əla gitara da çalır".
 
Camala qeyd edir ki, Azərbaycanın xalq musiqisini çox bəyənir: "Hətta bir neçə mahnını əzbər bilirəm. Mən Rəşid Behbudovun, Polad Bülbüloğlunun və əlbəttə ki, Vaqf Mustafazadənin mahnıları ilə böyümüşəm...”.

Camala onu da vurğulamışdı ki, bir neçə dəfə Bakıda olub və məmnuniyyətlə yenə gəlmək istəyərdi: " Mən bir dəfə Bülbül adına akademik müsabiqənin iştirakçısı, hətta favoriti də olmuşam. Orada hörmətli Polad Bülbüloğlu ilə şəxsən tanış oldum.

Mənim Azərbaycanla bağlı çox xoş xatirələrim var – gülərüz insanlar, dadlı yeməklər, isti münasibət, bir sözlə, mənim sevdiyim hər şey...”.