Cəbhə xəttinə ən yaxın məsafədə toy çalındı - VİDEO

Tərtər rayonunun Yuxarı Qaradağlı kəndi ərazisində Ermənistan hərbçilərinin nəzarətində olan postdan bir neçə yüz metr aralıda toy mağarı qurulub.
 
sabahinfo.Az ARB-yə istinadən xəbər verir ki, kənd sakini Alim Hüseynov üçün toy çalınıb. Sakinlər deyirlər ki, bu istiqamətdə atəşkəs tez-tez pozulur. Kənd ərazisinə müxtəlif vaxtlarda mərmilər atılıb, tikililər dağılıb.
 
"Bu kəndin sakiniyik. Hər zaman da kəndimizdə qalacağıq”,- deyə toyun sahibi Firuzə Hüseynova bildirib.
 
Bəy Alim Hüseynov isə kənd sakinlərinin Azərbaycan ordusuna arxalandığını qeyd edib: "Sakinlər ordumuza güvənib burada yaşayır. Onlar hər zaman kənddəki bu cür məclislərə qatılır”.