Daha bir azərbaycanlı ifaçı "O səs Türkiyə" yarışmasına qatılıb.
Sabahinfo.az axşam.az-a istinadən xəbər verir ki, Nigar Qasımzadə adlı gənc 3-4 il əvvəl İbrahim Tatlısəslə tanış olduğunu və onun məsləhəti ilə yarışmaya qatıldığını bildirib:
"Onun pərəstişkarıyam. Bir dostumun vasitəsiylə onunla Azərbaycan səfəri zamanı tanış oldum. Mahnı oxudum, çox bəyəndi. "Sən "O səs Türkiyə"yə getsən, birinci olarsan" demişdi".
N.Qasımzadə "Sən ağlama" mahnısını səsləndirib. Münsiflər gənc qızın ifasını bəyənməyib.
Qeyd edək ki, "O səs Türkiyə"nin münsif kürsüsündə Ebru Gündeş, Murad Boz, Hadisə, Gökhan və Hakan Özoğuz əyləşir.