Davudoğludan Putinə cavab

Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti Vladimir Putinin "illik hesabat”ında Türkiyə əleyhinə işlətdiyi ifadələrə və ittihamlara cavab verib.


Ə.Davudoğlu Putinin açıqlamaları ilə bütün dünyanı özünə güldürdüyünü deyib:"Putin deyib ki, İslam dövləti olan Türkiyə ABŞ-la müttəfiqdir. Təyyarənin vurulması hadisəsi olmasaydı, Putin belə açıqlama verməzdi. Çünki İslam dövləti ilə Amerikanı müttəfiq saymaq Putinin işinə yaramazdı. Onun bu mövzuda dediyi heç bir ifadəni ciddi saymırıq. Putin uşaq hərəkətləriylə dünyanı özünə güldürür. Onun bu hərəkətlərinə gülüb keçirik”.


Davudoğlu əlavə edib ki, Türkiyə-Amerika münasibətləri bundan sonar da sistematik şəkildə davam edəcək.


Qeyd edək ki, Vladimir Putin bir neçə gün əvvəl jurnalistlər qarşısında "illik hesabat” verib. O, Türkiyə ilə bağlı ciddi ittihamlar səsləndirib. Bildirib ki, Türkiyənion Rusiya təyyarəsini vurması ABŞ-la əlaqədardır.