Milli Məclisin deputatı Aqil Məmmədov SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində koronavirusla mübarizə sahəsində görülən işlər, vətəndaşların üzərinə düşən məsuliyyətdən danışıb. Deputat həmçinin qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən sosial proqramlara toxunub.
- Aqil müəllim?
koronavirus pandemiyası ilə bağlı Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə
davamlı işlər həyata keçirilir. Artıq Azərbaycan təcrübəsi bir sıra ölkələrdə tətbiq
olunur. Ancaq son günləri statiskikası heç də ürək açan deyil. Bu barədə nə düşünürsünüz?
-Koronavirus pandemiyası təəssüf ki, hələ də təhlükə
mənbəyi olaraq qalır. Çünki, hələ də bu virusa qarşı peyvənd tapılmayıb. Cənab
Prezident İlham Əliyevin üzaqgörən, təxirəsalınmaz qərarları və tapşırıqları
sayəsində virusa qarşı ölkəmizdə effektiv mübarizə aparılır və müsbət nəticələr əldə
olunub. Proses bu gün də davam edir. Hökumət vətəndaşların sağlamlığı və rifahı
üçün əlindən gələni əsirgəmir. Son günlərin statistikası ürəkaçan səviyyədə
deyil. Burada da əsas məsuliyyət vətəndaşların üzərinə düşür. Çünki vətəndaşlar
"sosial izolyasiya” qaydalarına əməl etmirlər. Ara məsafəsi, maskalardan
istifadə ilə bağlı problemlər var. Vətəndaşlarımız bilməlidir ki, koronavirus təhlükəsi hələ
sovuşmayıb. Bu virusun yayılmaması üçün hər bir vətəndaşın ümdə vəzifəsi, məsuliyyəti
var. Bu da tətbiq olunan karantin qaydalarına əməl etməkdən keçir. Biz Milli Məclisdə
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etdik. Maskadan istifadə etməməyə görə bağlı
cərimələr müəyyənləşdirildi. Heç kim istəməz ki, vətəndaş cərimələnsin. Amma
bu, məcburi tədbir kimi ortaya çıxıb. Ümid edirəm ki, vətəndaşlarımız həm
maskadan istifadə edəcək, həm də digər gigiyenik qaydalara riayət edəcəklər.
- "Qobu
Park-3” kompleksi istifadəyə verildi. Məcburi köçkünlərin sosial, mənzil-məişət
şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlətin həyata keçirdiyi tədbirləri necə
dəyərləndirirsiniz?
- Qarşılaşdığımız işğal nəticəsində 1
milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Hökumət hər il bu qəbildən
olan insanların sosial problemlərinin həlli istiqamətində mühüm işlər görür. Onların
mənzil şəraitinin yaxşılaşdıırlması, məşğulluq və digər sahələrdə olan
çatışmamazlıqlar aradan qaldırılır. Cənab Prezidentin yürütdüyü siyasətin
prioritet sahələrindən biri də qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin
yaxşılaşdırılmasıdır. Bir vaxtlar vaqonlarda, yataqxanalarda ağır durumda
yaşayan köçkünlər artıq dövlət tərəfindən tikilən, təmirli evlərdə yaşayırlar. Dünya
təcrübəsində belə bir nümunə yoxdur. Bu cənab Prezidentin Azərbaycan xalqına,
Azərbaycanın hər bir vətəndaşına verdiyi dəyərdir. Buna görə, bir kəlbəcərli
kimi mən də öz növbəmdə cənab Prezidentə təşəkkür edirəm. Cənab Prezidentin
göstərişinə əsasən ölkəmizdə bu il 7 mindən çox mənzilin tikilib məcburi köçkünlərə
verilməsi nəzərdə tutulub. Şəmkir rayonunda da bu məqsədlə 7 hektar torpaq sahəsi
ayrılıb və dövlət proqramına uyğun olaraq yaxın zamanda ağır şəraitdə, xüsusilə
məktəb binalarında məskunlaşmış köçkün ailələri yeni mənzillərlə təmin ediləcək.
-Seçicilərinizlə
görüşləriniz, onların problemləri ilə bağlı atdığınız addımlar barəsində nə deyə
bilərsiniz?
-Karantin rejiminin qadağalarına uyğun olaraq
seçicilərlə təmaslarımızı davam etdiririk. Hazırda görüşlərimiz adətən onlayn təşkil
edilir. İmkan olduqca seçicilərimizlə birbaşa görüşlər də keçiririk. Kəlbəcər
köçkünləri içərisində də hələ mənzil problemləri olanlar var. Eyni zamanda bir
sıra sosial problemlər də mövcuddur ki, bu problemlərin həlli üçün aidiyyatı
qurumlarla iş aparırırıq. Bildiyiniz kimi Milli Məclisdə aparılan islahatlar nəticəsində
yeni şöbələr yaradılıb. Bunlardan biri də də icra hakimiyyəti orqanları ilə əlaqələr
şöbəsidir. Biz görüşlərə gedəndə rayon icra hakimiyyətinin nümayəndələri də
görüşdə iştirak edir. Və problemlər barədə əyani şəkildə məlumatlanırlar. Bütün
bunlar isə mövcud problemlərin daha qısa zamanda həll olunmasına şərait
yaradır.
-Milli Məclisin
yaz sessiyası başa çatdı. Ümumən VI çağırış Milli Məclisin deputatı kimi parlamentin
fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
-Milli Məclisin ümumi fəaliyyətinə mənim qiymət verməyim
düzgün olmazdı. Onu deyə bilərəm ki, hörmətli sədr Sahibə xanım Qafarova həm
sessiyaların təşkilində, həm deputatlarla münasibətdə yeni bir sistem
formalaşdırıb. Bu da Milli Məclisin daha səmərəli fəaliyyətinə öz təsirini göstərir.
Düşünürəm ki, parlament yaz sessiyasında kifayət qədər məsuldar işlədi, sessiya
müddətində çoxsaylı əhəmiyyətli qanunlar qəbul olundu. Eyni zamanda bir sıra
qanunlara əlavə və dəyişiklər edildi, yeni tərkib formalaşdı. Bütün bunlar
qarşıdakı müddət ərzində Milli Məclisin daha çevik bir oqran kimi fəaliyyətinə
stimul verəcək.
Ədil Ədilzadə
SABAHİNFO.AZ saytı