"Tibb Universitetinə yeni təyin olunan rektor Gəray Gəraybəyli uğurlu kadrdır”. Sabahinfo.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib. O qeyd edib ki, şəxsən tanıdğı Gəray Gəraybəyli həkim-psixiatr, tibb alimi kimi çox dəyərli insandır.
"Cənab prezident hər zaman olduğu kimi, bu dəfə də doğru seçim edib. Gəray müəllimi şəxsən tanıyıram. Azərbaycanı dünya tibb və səhiyyə sistemində ləyaqətlə təmsil etməyə layiq bir şəxsdir, müasir düşüncəli, innovativ fikirli insandır”.
Deputat hesab edir ki, yeni rektor Tibb Universitetinin modernləşdirilməsində və bazasının möhkəmlənməsində, kadr hazırlığının yükəlməsində, eləcə də universitetinin beynəlxalq əlaqələrinin genişlənməsində öz sözünü deyə biləcək.
Prezident İlham Əliyevin dünənki sərəncamı ilə respublikanın baş psixiatrı vəzifəsində çalışan Gəray Gəraybəyli Tibb Universitetinin rektoru təyin edilib. Bundan öncə isə Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov olub. O, Milli Məclisə seçkilərdə deputat seçildiyi üçün rektorluqdan azad edilmişdi.