Bu, mənim üçün vacib deyil”.
Azərbaycanın "Eurovision –2014” mahnı müsabiqəsinin təmsilçisi Dilarə Kazımova boşanma xəbərinə münasibət bildirib.
sabahinfo.az xəbər verir ki, müğənni "Qafqazinfo”ya açıqlamasında bildirib ki, şəxsi həyatının müzakirə olunmağını istəmir:
"Şəxsi həyatımın müzakirə olunmağını istəmirdim, hazırda da istəmirəm. Bu barədə çox danışmaq istəmirəm. Şəxsi həyatım qoy şəxsi həyatımda qalsın. Mən heç vaxt bu barədə danışmamışam. Qoy cavab verməməyim insanların beynində şübhə yaratsın. Mənim üçün bu vacib deyil. Özümü həmişə sənət və musiqiyə vermişəm. Qoy insanlar mənim ifa etdiyim mahnıları düşünsün. İstərdim ki, hər kəs sənətimlə maraqlansın. İnsanlar var ki, şəxsi həyatı haqda danışmaq istəmir. Mən də belə insanlardanam”.
Xatırladaq ki, bundan əvvəl yerli KİV müğənninin boşanmağı barədə xəbər yaymışdı. Xəbərdə Mərt Aslan adlı türkiyəli iş adamı ilə evlənin müğənni bir müddətdir ki, həyat yoldaşı ilə münasibətlərinə son qoyduğu qeyd olunmuşdu.