Doğuş: - "Mən bakılıyam"

Türkiyə mediası tanınmış türk müğənnisi Doğuş və onunla ailə həyatı quran azərbaycanlı telejurnalist, aparıcı Xoşqədəm Hidayətqızından geniş reportaj hazırlayıb.

sabahinfo.az  publika.az-a istinadən xəbər verir ki, uşaqlığı küçələrdə və kimsəsizlər evində keçmiş Doğuş əkiz övladları olduğu üçün böyük sevinc hissi keçirdiyi söyləyib.

Doğuş "Sabah" qəzetinin müxbirinə müsahibəsində deyib ki, atalıq hissləri dünyada ən gözəl hislərdən biridir: "Körpələri ilk dəfə əlimə aldığımda, yaşadığım sevinci və həyəcan o qədər böyük idi ki, bunu heç kəs təsəvvür edə bilməz. Ata olmaq fərqli bir hisdir. Artıq həyatımızı bu körpələrin üzərində qururuq. Bilirsiniz ki, mənim uşaqlığım çox çətinliklərlə keçib. Ona görə də, nədənsə ata olmağı istəmirdim. Ancaq Xoşqədəm Hidayətqızı ilə evlənməyimiz həyatımı tam dəyişdi. Hətta, indi 2 uşağın az olduğunu düşünürəm. İstəyirəm ki, 4-5 uşağımız olsun".

O, əkizlərinin gələcəkdə Arda Turan kimi tanınmış futbolçu olmasını istədiyini söyləyib: "Körpələri hər gün həsrətlə qucaqlayıram. Asan məsələ deyil, mən bu anı 42 ildir gözləyirdim".

Doğuş Azərbaycanı da çox sevdiyini deyib: "Mən bakılıyam, özümü 60 faiz Bakıdan olan kimi görürəm. Əkizlər də xanıma qalsaydı, Bakıda doğulacaqdı. Amma mən icazə vermədim. Çünki mənim üçün Türkiyə pasportu da çox dəyərlidir. Körpələr bunun qiymətini yaşa dolduqca yaxşı anlayacaqlar.

Xoşqədəm Hidayətqızı isə əkizlərindən birinin tanınmış futbolçu, digərinin isə siyasətçi olmasını istədiyini bildirib: "Əgər bu arzularım gerçək olarsa, gedib oğlumun oyununu əlimdə Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıraraq, stadiondan izləyəcəm".