Dollar bir az da - UCUZLAŞDI

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

 

Mərkəzi Bankdan Modern.az-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7296 səviyyəsində formalaşıb. Beləliklə, manatın orta çəkili məzənnəsi bugünkü hərracda 0,3% möhkəmlənib.

 

Qeyd edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,7301 səviyyəsində müəyyən edib.