Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq
 Nəzarəti Xidməti mayın 4-də köçəri quşların yaz miqrasiyasını nəzərə 
alaraq növbəti monitorinqə start veriləcək. Monitorinq Kənd Təsərrüfatı 
Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, 
Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və 
əməkdaşlarının iştirakı ilə aparılacaq.Nəzarəti tədbir köçəri quşların 
ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, 
Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, 
həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata 
keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə 
quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə 
tutulur.Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq 
monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika 
Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr mayın 15-də 
ictimaiyyət üçün açıqlanacaq.Dövlət Baytarlıq Nəzarəti Xidmətindən o da 
bildrilib ki, hazırda quş qripi xəstəliyinə görə respublikamızda 
epizootik vəziyyət sabitdir.