Əcnəbilərin gözü ilə: "Birinci Avropa Oyunları Azərbaycanın inkişafını sürətləndirəcək"

Birinci Avropa Oyunları Azərbaycanda bütün sahələrdə həyatı sürətləndirəcək. Bunu Trend-ə açıqlamasında ADA Universitetinin Yaponiyadan olan tələbəsi Yoşito Katanoda bildirib. "Bakının Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi münasibəti ilə təbrik etmək istərdim”, - deyə yaponiyalı tələbə bildirib. Onun fikrincə, Birinci Avropa Oyunları sağlam həyat tərzinin və idmanın köməyi ilə qarşılıqlı anlaşmanın güclənməsini təbliğ edəcək: "Ümid edirəm ki, Birinci Avropa Oyunları Azərbaycanda bütün sahələrdə inkişafı sürətləndirəcək”.

Qeyd edək ki, "Bakı-2015” Birinci Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək.