"Bələdiyyə seçkilərinə maraq böyükdür" - Məzahir Pənahov

"Bələdiyyə seçkilərinə maraq böyükdür".

Sabahinfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 26 siyasi partiyadan 23-ü seçkilərdə iştirak edir.

“70 minə yaxın müşahidəçi qeydə alınıb. Onların yarısı siyasi partiyaların müşahidəçiləridir”,- deyə o qeyd edib.