Nənə olmağa hazırlaşan əməkdar artist E.Seyidcahan maraqlı açıqlama verib.
sabahinfo.az xəbər verir ki, E.Seyidcahan bildirib ki, yuxuda qız nəvəsi olduğunu görüb:
"Çox xoşbəxtəm ki, nənə olacağam. Nəvəmə deyəcəm ki, mənə elə nənə desin. Onu yuxuda da görmüşəm, görürəm ki, qız nəvəm dünyaya gəlir. Nəvəm qız olsa, adı Səmərrux olacaq. Bu ad mənim nənəmin adı olub. ".
E.Seyidcahan "Starlife" verilişində bunu bildirib.
Qeyd edək ki, E.Seyidcahanın qızı G.Seyidcahan 2015-ci il avqustun 24-də fotoqraf Elxan Əlisatov adlı bəylə ailə qurub.