Bərdədə intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Burada yaşayan 33 yaşlı Şirəliyeva Aygün Kamil qızı kəsici alətlə boğazını kəsərək, özünü öldürüb.
Faktla bağlı araşdırma aparılır.