İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni qocalar evində sonuncu dəfə ictimai işləri yerinə yetirməyə başlayıb.
RİA Novosti-nin verdiyi məlumata görə, Milan məhkəməsi "Mediaset" şirkətində maliyyə fırıldaqlarına görə ona bu cəzanı tətbiq etmişdi. S.Berluskoni qocalar evində 4 saat Altsheymer xəstələrinin qayğısına qalacaq.
O, ictimai işlərə ötən il mayın 9-da başlamışdı. Məhkəmə daha əvvəl keçmiş Baş nazirin cəzasını 45 gün azaltmışdı.