Ermənilər əsgərimizi vurdular - Cəbhədə son durum

Avqustun 5-də düşmən təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgərŞindiyev Ramazan Qurban oğlu yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejiminin pozulması və hərbi qulluqçumuzun yaralanmasına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.