Ermənistan Baş prokuroru Qevorq Kostanyan postundan istefa verib. Modern.az xəbər verir ki. bu barədə "Qrapark” qəzeti xəbər yayıb.
"İstefanın səbəbləri bilinmir. Həmçinin, Kostanyanın varisinin kim olacağı da məlum deyil” - deyə qəzet yazır.
Prokurorluğun mətbuat xidmətinin rəhbəri Kristine Melkonyan isə istefa xəbərini təsdiqləyərək prokurorun sağlamlığında yaranmış problemlərə görə, vəzifəsindən getdiyini bildirib.
Xatırladaq ki, o, 2013-cü ildə Baş prokuror postuna təyin olunmuşdu.