Ermənistan Silahlı Qüvvələrinin əsgəri Harnik Hamletoviç Avetisyan iki yük maşın arasında qalaraq ölüb.
Bu barədə Azvision.az erməni KİV-nə istinadən xəbər verir.
"Ötən gün saat 16:00 radələrində əsgər Harnik Avetisyan bir-birinə qoşqu ilə qoşulan "Ural” və "Zil” yük maşınlarının arasında qalıb”, - deyə Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda bildirilir.
Avetesyan Dilican tibbi mərkəzinə aparılan zaman yolda həlak olub.