"Ermənistanla Qazaxıstan parlamentləri və deputatları arasında hansısa isti münasibətlər, əlaqələri görməmişəm.
İnanmıram ki, Qazaxıstan parlamenti ilə Ermənistan parlamenti, deputatları arasındakı münasibətləri bizlə Qazaxıstan deputatları arasındakı münasibətlərdən yaxşı olsun. Bu mümkün deyil”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri deputat Adil Əliyev deyib.
Deputat bildirib ki, Qazaxıstanlı deputatlarla görüşlər planlaşdırılır:
"Azərbaycanda sonuncu dəfə parlament bir il bundan öncə baş tutub. Qazaxıstanda da 6 ay olar ki, parlament seçkiləri keçirilib. Qazaxıstan parlamenti ilə əlaqələrimiz çox yüksək səviyyədədir.
Bundan sonra da davamlı şəkildə Qazaxıstan parlamenti ilə tədbirlərin həyata keçirilməsində yaxından iştirak edəcəyik. Qazaxıstanlı deputatlarla tədbirlərimiz də planlaşıdırlır”.
Adil Əliyev söyləyib ki, Qazaxıstan dövləti və parlamenti Azərbaycanın mövqeyini dəstəkləyən əsas türk ölkələrindəndir:
"Bu gün Azərbaycanın haqq səsini və mövqeyizi dəstəkləyən, Dağlıq Qarabağ münaqişəsində yanımızda olan 3-4 türk dövləti varsa onlardan biri də Qazaxıstandır.
MDB parlamentləri və digər beynəlxalq təşkilatlarn parlamentləri səviyyəsində Qazaxıstan hər zaman Azərbaycanın yanındadır və bizə dəstək olur”.