Əsəd icazə verdi: - 4 il sonra ilk dəfə...

Dörd ildir ki, Əsəd rejimi tərəfindən mühasirədə saxlanılan Duma bölgəsinə ilk humanitar yardım avtomobilləri daxil olub.

 

sabahinfo.az  xəbər verir ki bu barədə məlumat verən BMT sözçüsü Yens Lerk Əsəd rejiminin icazəsi ilə Dəməşqin şimal-şərqində yerləşən 40 min insanın yaşadığı Duma şəhərinə ilk yardımın çatdığını bildirib.

 

Lerk "Röyters"ə müsahibəsində 2012-ci ildən bu yana ilk dəfə beynəlxalq səviyyədə Dumaya humanitar yardım göstərildiyini, Suriyanın daha 12 bölgəsinə yardımların çatdırılacağını qeyd edib.