İran Trampı öldürməyə çalışıb - Heqset

Daha böyük dalğalar gəlir.

Sabahinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset bildirib.

Nazir qarşıdakı günlərdə “daha çox və daha böyük dalğaların” gələcəyini qeyd edib.

“Biz sadəcə başlayırıq”, - o deyib.

Heqset İran rəhbərliyinin sıradan çıxarıldığını vurğulayıb.

“İranın yüksək vəzifəli liderləri ölüb. Varisi seçə biləcək deyə bilinən hökumət şurası ölüb, itkin düşüb və ya sığınacaqlardadır. Yüksək rütbəli generalı, orta səviyyəli zabitlər və əsgərlər əlaqə qura bilmir və danışa bilmirlər”, - o bildirib.

Heqset İranın ABŞ Prezidenti Donald Trampı öldürməyə çalışdığını da iddia edib. O, Trampa sui-qəsd cəhdində iştirak edən İran bölməsinin liderinin öldürüldüyünü bildirib./APA