Qorxunc nasist təcrübələri
Yazar
 Sarah Helmin, 2 Dünya Müharibəsi zamanı yəhudi qadınlarına işgəncə 
məqsədiylə yaradılmış Ravensbruckdakı düşərgə haqqında son kitabında 
yazıb. Bizimyol.info xəbər
 verir ki, yazar, hekayəsini dinlədiyi qadınların yaşadıqlarını qələmə 
alıb. Yazar bildirir ki, düşərgədə olan qadınların çoxu yaşanan ağrıları
 təhrif edib. Sarah yazır ki, Ravensbruck düşərgəsinin ilk ziyarətçiləri
 nasistlərə müxalif olan alman qadınları olub: "Qadınlar arasında 
müxtəlif peşə sahibləri var idi. Daha sonra almanların işğal etdikləri 
öklələrdən qadınlar gətirilməyə başladı. Yəhudi və rus qadınları 
gətirildi. Düşərgədə yorğun və xəstə olanların öldürülməsinə qərar 
verildi. Hitlerin icazəsi ilə əsir qadınlar üzərində müxtəlif təcrübələr
 aparılmağa başlandı. Düşərgədə olan həkim Sonntag, yaralı qadınları 
döyməyi sevirdi. Əsgərlərin döyüşlərdə daha bacarıqlı olmaları üçün 
nizamlı cinsi əlaqədə olmalarını düşünən həkim Sonntag, xəstəlik 
bulaşmadan cinsi əlaqəyə girmənin yollarını araşdırmağa 
başlamışdı. "Dovşan" adı verilən təcrübələr döyüşdə yaralı əsgərlərə 
necə müdaxilə edilməsini araşdırmaq üçün aparılırdı. Həmin təcrübələr 
zamanı əsir qadınların canlı vəziyyətdə ayaqları kəsildi və daha sonra 
onlara ilk tibbi yardım göstərilməyə başlanıldı. Bu acılara bəzi 
qadınlar dözə bilmədi. Ravensbruck düşərgəsində həddindən artıq sıxlıq 
yaranmışdı. Bu səbəbdən 1945-ci ildə qaz otağı yaradıldı. Bir həftə 
ərazində 2500 qadın öldürüldü. 30 Aprel 1945-ci ildə Ravensbruck 
düşərgəsi rus əsgərləri tərəfindən tutuldu. Düşərgədən alman zabitləri 
qaçmışdı, amma düşərgəyə gələn rus əsgərləri qadınlara təcavüz etməyə 
başladı. Düşərgədə olan rus bir qadın, illər sonra açıqlama vermişdi. 
Rus qadının dediyinə görə almanlar onları donuz olaraq gördükləri üçün 
təcavüz etmirdilər. Rus əsgərləri isə düşərgəni tutan kimi qadınlara 
təcavüz etməyə başladılar. Düşərgədə olan qadınların hamısına təcavüz 
edildi və çoxu öldürüldü"