Yeni Azərbaycan Partiyasının üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Milli Məclisin növbədənkənar seçkilərində namizəd olmayacaq.
Sabahinfo.az xəbər verir ki, onun adı YAP-ın namizədləri arasında yer almayıb.
Daha əvvəl 119 saylı Ağdam kənd dairəsindən deputat olan Bəxtiyar Sadıqovun əvəzinə Məmmədov İbrahim Raqif oğlunun namizədliyi təklif edilib.
Qeyd edək ki, B.Sadıqov ikinci, üçüncü, dördüncü və beşinci çağrış Milli Məclisin deputatı olub.