Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar İctimai Birliyi "Gənclər Həftəsi" elan edir

Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar İctimai Birliyi "Gənclər Həftəsi" elan edir.

Bu həftə ərzində müxtəlif təlimlər, masterklaslar, ekskursiyalar və görüşlər keçiriləcək.

Proqramın keçirilməsində məqsəd iştirakçıların komanda şəklində fəaliyyətini təmin etmək, müxtəlif simulasiyalar vasitəsilə nəzəri biliklərini artırmaq və səmərəli vaxt keçirmələrini təmin etməkdir.

Müraciət üçün son qeydiyyat tarixi 23 yanvardır. İştirak etmək istəyən 18-29 yaş arası gənclər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.