Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar İctimai Birliyi "Könüllülər Proqramı"na qəbul elan edir

Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar İctimai Birliyi "Könüllülər Proqramı"na qəbul elan edir.

Həyata keçirilən layihələr çərçivəsində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübəsini artırmaq, könüllülük hərəkatını inkişaf etdirmək məqsədi ilə “Könüllülər Proqramı”na qəbul elan edir.

Proqram müddətində könüllülərin müvafiq sahələrdə təcrübə qazanması üçün Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar İctimai Birliyi təşkil ediləcəyi təlim və layihələrdə iştirakı nəzərdə tutulur.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
− Ali təhsil (hazırda təhsilini davam edənlər daxil olmaqla)
− İntizamlılıq
− Təşəbbüskarlıq
− Kollektivdə işləmək bacarığı
− Kompüter bilikləri

“Könüllülər Proqramı” dekabr ayından başlayaraq 3 ay müddətində davam edəcəkdir. Könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülər Proqramın sonunda sertifikatla təltif olunacaqlar.

Müraciət üçün son qeydiyyat tarixi 15 noyabrdır. QHT könüllüsü olmaq istəyən  18-29 yaş arası gənclər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.