Fişəng hazırlamaq istədi, 4 barmağı qırıldı - Azərbaycanda

Zaqatala rayonunda bədbəxt hadisə baş verib. Sabahinfo.az saytı axili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 19-da Zaqatala rayonunun Zəyəm kəndində yaşayan Nurlan İsayev evində kustar üsulla fişəng hazırlayarkən fişəng partlayıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş N.İsayevin 4 barmağı amputasiya edilib. 

Araşdırma aparılır.