"Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır". sabahinfo.az saytı xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibliyindən APA-nın Avropa bürosunun Dağlıq Qarabağ separatçılarının "DQR”in adını dəyişdirmək niyyəti ilə bağlı sualına cavabında bildirilib.
"Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi çərçivəsində bu münaqişənin siyasi və davamlı həll yolunun tapılması istiqamətində birgə səylərimizi davam etdiririk”, - deyə Fransa XİN-in mətbuat katibliyinin keçirdiyi ənənəvi onlayn mətbuat konfransında qeyd olunub.